Bu gün Suriyada prezident seçkiləri başlayıb.
Ölkənin daxili işlər naziri Məhəmməd Rəhmon ölkədə və xaricdə yaşayan 18 milyondan çox Suriya vətəndaşının prezident seçkilərində səs vermək hüququna sahib olduğunu açıqlayıb.
“Seçkilər Dəməşqin nəzarətində olan bölgələrdə keçirilir. Əvvəlki səsvermədən bu yana yeddi ildə bu ərazi genişlənib. Eyni zamanda İdlibdə, həmçinin Suriyanın şimal və şimal-şərqindəki bölgələrinin bir hissəsində səsvermə keçirilə bilməyəcək”, - deyə SAR Xalq Şurasının üzvü Üsamə Mustafa “İnterfaks”a bildirib.
Dəməşqdə səsvermənin başlanması ərəfəsində kütləvi şənliklər, konsertlər təşkil edilib, paytaxt küçələrində avtomobillər milli simvollarla bəzədilib.
Ali Konstitusiya Məhkəməsinin qərarı ilə prezidentlik yarışının son mərhələsində müxalifət namizədi Mahmud Əhməd Meri, keçmiş Sosialist millət vəkili Abdallah Sallum Abdallah və hazırkı dövlət başçısı və “Baas” partiyasının sədri Bəşər Əsəd mübarizə aparır.
Qeyd edək ki, Suriyada prezident 7 il müddətinə və ən çox 2 dəfə seçilə bilər.
2014-cü ildə prezident seçkilərini 88,7 faiz səslə Bəşər Əsəd qazanmışdı.
Tehsil-press.az