ABŞ-dan Əsəd və həyat yoldaşına qarşı sanksiya

ABŞ-dan Əsəd və həyat yoldaşına qarşı sanksiya ABŞ “Sezar Qanunu” çərçivəsində Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd də daxil olmaqla Suriyada 39 yüksək vəzifəli şəxsə qarşı sanksiya tətbiq edəcək.
Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo açıqlama verib: “Əsəd Suriya xalqına qarşı vəhşi müharibəsinə son qoymasa, daha çox sanksiya tətbiq edəcəyik”.
Pompeo, həmçinin yaxın günlərdə Əsəd tərəfdarı olan çox sayda insan və təşkilatları hədəf alan yeni sanksiyaların da elan ediləcəyini qeyd edib.
“Bu sanksiyalar Əsəd rejiminin Suriya xalqına qarşı müharibə və kütləvi vəhşilikləri davam etdirməsinə kömək edən gəlirlərdən məhrum etmək üçün uzunmüddətli iqtisadi və siyasi təzyiq kampaniyasının başlanğıcıdır”,- deyə Pompeo bildirib.
Qeyd edək ki, “Sezar Qanunu” olaraq bilinən, tam adı “Sezar Suriya Mülki Müdafiə Qanunu” 21 dekabr 2019-cu ildə Donald Tramp tərəfindən imzalanıb. Qanun Əsəd rəhbərliyinin fəaliyyətini dəstəkləyən və ya onlarla böyük miqdarda pul mübadiləsini həyata keçirən xarici şəxslərə və təşkilatlara qarşı sanksiyalar nəzərdə tutur.

Tehsil-press.az

Oxşar xəbərlər