Özbək deputat: Azərbaycanda seçkilər açıq və demokratik keçir

Özbək deputat: Azərbaycanda seçkilər açıq və demokratik keçir Azərbaycanda prezident seçkilərində seçicilərin böyük fəallığı müşahidə olunur.
N.Səidəhmədova qeyd edib ki, ölkədə seçkilər açıq və demokratik keçir.
Deputat həmçinin şəhər haqqında təəssüratlarını bölüşüb:
“Biz artıq üçüncü gündür ki, Bakıdayıq. Sizin şəhəriniz və ölkəniz çox gözəldir”.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib.

Tehsil-press.az

Oxşar xəbərlər