ÜST-dən dünya ölkələrinə çağırış

ÜST-dən dünya ölkələrinə çağırış “Dünya əhalisinin 10 faizi sentyabrın sonu, 30 faizinin isə ilin sonunadək vaksinasiyadan keçməlidir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.
O ölkələri gələcəkdəki pandemiyalara qarşı qlobal miqyasda hazırlıqlı olmağa çağırıb:
“Bununla bağlı müqavilə üçün ölkələr təcili müzakirələrə başlamalıdır. Müqavilə üzv ölkələr arasındakı əlaqələri gücləndirəcək və əməkdaşlığı inkişaf etdirəcək”.
“Pandemiya bizə bir çox dərs verdi. Ən önəmli dərslərdən biri də səhiyyə risk altında olanda hər şeyin risk altında olmasıdır. Həqiqət budur ki, bu pandemiyanı bitirmək üçün daha çox işimiz var.
Koronavirusdan qaynaqlanan ölümlərin sayının qlobal miqyasda azalmasına baxmayaraq, hər hansı bir ölkə üçün təhlükənin keçdiyini düşünmək böyük xəta olar”.

Tehsil-press.az


Oxşar xəbərlər