“Koronavirusun yayılması sürətlənir”

“Koronavirusun yayılması sürətlənir” Bir sıra dövlətlərdə irəliləyişə baxmayaraq, Covid-19 pandemiyasının qlobal səviyyədə yayılması sürətlənib.
Bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Bir neçə ölkələr iqtisadiyyatlarının açılması və sosial həyata qayıtmaları nəticəsində yoluxmada artım hadisəsi ilə üzləşdilər. İnsanların əksəriyyəti virusa qarşı müdafisəzidir və koronavirusun hələ də qayıdacağı “məkan” var. Bir sıra dövlətlərin irəliləyiş əldə etməsinə baxmayaraq, qlobal səviyyədə koronavirusun yayılma sürəti artır”, - deyə ÜST rəhbəri qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər