“Koronavirus yox olmur, əksinə yoluxma artır” - ÜST

“Koronavirus yox olmur, əksinə yoluxma artır” - ÜST “Covid-19 yox olmur, əksinə pandemiya böyüyür. Yoluxma və ölüm sayı artmaqda davam edir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus video-konfrans zamanı bildirib. O, dünya ölkələrini səhiyyə işçilərinin təhlükəsizliyini təmin etməyə çağırıb:
“Səhiyyə işçilərinin təhlükəsiz şəkildə xidmət göstərmələri üçün onlar dəstəklənməli, qorunmalı, hər cür ittihamlar, iftiralar və hücumlardan qorunmalıdır. Onlara lazımi tibbi ləvazimatlar verilməli, mövcud səhiyyə sistemləri gücləndirilməli, səhiyyə və sosial xidmət sahəsində daha çox iş imkanı yaradılmalıdır”.
Qebreyesus koronavirus pandemiyasının gedişatından danışaraq virusun yox olması ilə bağlı deyilənləri təsdiq etməyib. O, əksinə hər gün yoluxma və ölüm sayında artım müşahidə olunduğunu bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər