NATO yenidən Belarusu müzakirə edəcək

NATO yenidən Belarusu müzakirə edəcək “NATO ölkələrinin iyunun ortasında keçiriləcək Liderlər Zirvəsində keçən ay bir sərnişin təyyarəsini enişə məcbur edən Belarusa qarşı əlavə tədbirlər müzakirə olunacaq”.
Bunu ittifaqın baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, Belarus administrasiyasına qarşı qəbul edilən sanksiyalar tətbiq olunmalıdır:
“NATO müttəfiqlərinin daha çox sanksiya tətbiq edib-etməyəcəyinə baxacağıq. “Ryanair” təyyarəsinin məcburi olaraq endirilməsi məsələsini Liderlər Zirvəsində müzakirə edəcəyik”.
Baş katib vurğulayıb ki, Rusiya Belarusla “yaxından” işlədiyinə görə ehtimal olunan əlavə tədbirlər onu da əhatə edə bilər.
Qeyd edək ki, NATO Liderlər Zirvəsi iyunun 14-də Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında baş tutacaq.

Tehsil-press.az


Oxşar xəbərlər