Belarus nümayəndələrinin NATO mənzil-qərargahına girişi məhdudlaşdırıldı

Belarus nümayəndələrinin NATO mənzil-qərargahına girişi məhdudlaşdırıldı Belarus nümayəndələrinin NATO-nun Brüsseldəki mənzil-qərargahına girişi məhdudlaşdırılıb.
Bu barədə NATO baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.
“Biz NATO-da təhlükəsizlik tədbirlərini daim qiymətləndiririk. Biz burada təhlükəsizlik tədbirlərinin qiymətləndirilməsini nəzərə alaraq, belaruslu nümayəndələr üçün NATO-nun mənzil-qərargahına girişi məhdudlaşdırmaq qərarına gəldik”, - o deyib.
O, həmçinin vurğulayıb ki, NATO Minskdə sərnişin təyyarəsinin məcburi enişinin müstəqil araşdırılmasına çağırır. Alyans insidenti nəinki beynəlxalq normaların kobud şəkildə pozulması, həm də ifadə azadlığına və azad KİV-ə qarşı birbaşa hücum hesab edir.

Tehsil-press.az



Oxşar xəbərlər