Milli qiymətləndirmənin nəticələri təhlil edilib

Milli qiymətləndirmənin nəticələri təhlil edilib Təhsil İnstitutu ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə martın 5-12-də keçirilmiş milli qiymətləndirmənin nəticələrini təhlil edib.
Nəticələrə əsasən, qızlar qiymətləndirmədə iştirak edən şagirdlərin 52 faizini təşkil edərək oğlanlardan daha yüksək nəticə göstərib. Regionlar üzrə aparılan müqayisənin nəticələrinə əsasən, ən yaxşı nəticə Gəncə (64,7 faiz), Şirvan (63,8 faiz) və Xırdalan (61,8 faiz) şəhərlərində qeydə alınıb.
Tədqiqatın nəticələri sinif və fənlər üzrə təhlil edildiyi zaman şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi III sinifdə ingilis dili fənni, VI sinifdə fizika fənni, VII sinifdə Azərbaycan dili fənni üzrə müəyyən olunub.
Qeyd edək ki, sözügedən milli qiymətləndirmə respublika üzrə 20 regionda III, VI və VII siniflərdə oxuyan 7 min 102 şagird arasında keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər