Milli qiymətləndirmədə 2400-ə yaxın şagirdin biliyi yoxlanılıb

Milli qiymətləndirmədə 2400-ə yaxın şagirdin biliyi yoxlanılıb III, VI və VII sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmə davam edir.
Bu günə qədər 20 region üzrə III sinifdə təhsil alan şagirdlərin qiymətləndirməsi yekunlaşıb. Təqribən 2400 nəfər III sinif şagirdinin tədris dili, riyaziyyat, xarici dil, fiziki tərbiyə, musiqi, texnologiya, təsviri incəsənət və həyat bilgisi fənləri üzrə bilikləri yoxlanılıb.
Qeyd edək ki, milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər