2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanında iştirak üçün mayın 26-dan başlanan ərizə qəbulu davam edir.
Ərizə qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd iyunun 4-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 1403 nəfər (Azərbaycan bölməsi – 1204, rus bölməsi – 199) ərizəsini təsdiqlədib.
Xatırladaq ki, namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının iyunun 20-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi təkrar imtahanının (2-ci cəhd) iyul ayında, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə sentyabr ayında keçirilməsi planlaşdırılır.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı bal 40 və daha çox olan namizədlər buraxılır. Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılır. Qəbul elanının tam mətni “Rezidentura” jurnalının 2-ci sayında dərc olunub.
Tehsil-press.az