DİM ingilis dili üzrə mütəxəssisləri onlayn tədbirə dəvət edir

DİM ingilis dili üzrə mütəxəssisləri onlayn tədbirə dəvət edir Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 25-də “Zoom” platforması üzərindən “Cambridge Assessment English” təşkilatı ilə birgə “Prove Your Teaching Knowledge with TKT” adlı məlumat sessiyası keçiriləcək.
TKT ingilis dili müəllimləri üçün beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiq edə bilər.
Onlayn sessiyanın spikeri “Cambridge Assessment English”in Ukrayna, Qafqaz və Mərkəzi Asiya regionları üzrə biznesin inkişafı departamentinin rəhbəri Darina Sizukdur. O, TKT imtahanı barədə ətraflı məlumat verib iştirakçıların suallarını cavablandıracaq.
Tədbir ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki iyunun 22-dək aktiv olacaq. Vebinara qoşulmaq üçün “Zoom” linki qeydiyyatdan keçmiş iştirakçılara elektron poçt vasitəsilə iyunun 23-də göndəriləcək.
Xatırladaq ki, DİM 2020-ci ilin iyul ayından etibarən ölkədə “Cambridge”in rəsmi test mərkəzlərindən biri kimi fəaliyyət göstərmək hüququ əldə edib. TKT imtahanı da daxil olmaqla DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı Mərkəzin saytında verilmiş keçid vasitəsilə ətraflı məlumat əldə etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər