Dövlət İmtahan Mərkəzi (DİM) yaradıldıqdan sonra onun qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlıq və strateji inkişaf layihələrinin həyata keçirilməsi üzrə fəaliyyəti ildən-ilə daha da genişləndirilib.
Bu fikir Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, bu illər ərzində DİM müxtəlif beynəlxalq imtahanların keçirilməsi üçün test mərkəzi kimi qeydiyyata alınıb. 2016-cı ildən etibarən DİM-də TOEFL, daha sonra Pearson VUE təşkilatının PTE-Academic (ingilis dili imtahanı), 2020-ci ildən etibarən isə GRE (Graduate Record Examinations), ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası), ТРКИ (Rus dili xarici dil kimi imtahanı), ICDL (Kompüterdən İstifadəyə dair Beynəlxalq Lisenziya), Cambridge English Assessment (Kembric ingilis dili imtahanları) imtahanları keçirilməyə başlanılıb. Həmçinin beynəlxalq imtahan nəticələrinin yoxlanılması ilə əlaqədar müxtəlif platformalarda DİM-in hesabları yaradılıb. 2016-2021-ci illərdə yuxarıda qeyd olunan (o cümlədən SAT) imtahanlarda ümumilikdə 2125 nəfər iştirak edib.
Tehsil-press.az