Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələr müzakirə olunub

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələr müzakirə olunub Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 8-də Ankarada Türkiyənin milli təhsil naziri Ziya Selçukla görüşüb.
Görüşdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri də iştirak ediblər.
Azərbaycan nümayəndə heyətini salamlayan türkiyəli nazir təhsil sahəsindəki əməkdaşlıq əlaqələrini və perspektivləri yüksək dəyərləndirib.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov səmimi görüşə və xoş sözlərə görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edib.
Sonra görüşdə iştirak edən deputatlar Azərbaycan və Türkiyənin təhsil sahəsindəki əlaqələri barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Türkiyəyə səfəri çərçivəsində iyunun 9-da rəsmi görüşlər nəzərdə tutulub.
Azərbaycan nümayəndə heyətinin tərkibinə işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev və Səttar Möhbalıyev daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər