Milli Məclisin deputatları Ukraynaya gedir

Milli Məclisin deputatları Ukraynaya gedir Milli Məclisin deputatları Naqif Həmzəyev, Azər Kərimli və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün Kiyev şəhərinə səfərə gedəcək.
Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq.
Azər Kərimli GUAM Parlament Assambleyası nümayəndə heyətinin tərkibində, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcəklər.
Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər.
Səfər aprelin 2-də başa çatacaq.

Tehsil-press.az



Oxşar xəbərlər