Azərbaycan ilə Türkiyə arasında QHT-lərlə bağlı memorandum imzalanıb

Azərbaycan ilə Türkiyə arasında QHT-lərlə bağlı memorandum imzalanıb Ankarada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi (DİN) arasında “(Qeyri-Hökumət Təşkilatlarına dair) Birgə Fəaliyyət və Əməkdaşlıq Haqqında” Anlaşma Memorandumu imzalanıb.
Sənədin imzalanmasından sonra Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin daxili işlər naziri Süleyman Soylu, bu nazirliyin QH-lərlə əlaqələr baş idarəsinin baş direktoru Erkan Kılıç, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren və Vakflar Baş İdarəsinin başçısı Adnan Ertem ilə görüşüb.
İmzalanan Memorandumu tarixi əhəmiyyət daşıdığını bildirən S.Soylu deyib ki, tərəflər QHT-lərlə iş sahəsində səmərəli əməkdaşlıq etməyə qadirdir və bunun üçün geniş imkanlar olduğu kimi, qarşılıqlı maraq doğuran əsaslar da mövcuddur.
A.Quliyev ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına dövlətin verdiyi dəstək, Türkiyə ilə bu sahədə əməkdaşlığın perspektivləri, birgə layihələrin faydası haqqında danışıb.
Tərəflər QHT-lərin birgə forumunun keçirilməsi, eləcə də Azərbaycan və Türkiyə mütəxəssislərindən ibarət birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəliblər.

Tehsil-press.az

Oxşar xəbərlər