Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görkəmli elm xadimi Lütfi Zadənin anadan olmasının 100 illik yubileyinə həsr edilən seminar keçirilib. Rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir “Lütfi Zadə irsi - qeyri-səlis iqtisadiyyat” mövzusunda olub.
Universitetin prorektoru, professor Sakit Yaqubov Prezident İlham Əliyevin görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrasından irəli gələn tədbirlər planı çərçivəsində UNEC-də silsilə tədbirlər keçiriləcəyini diqqətə çatdırıb.
Seminarda çıxış edənlər görkəmli alim Lütfi Zadənin fundamental nəzəriyyələrinin iqtisadiyyatın inkişaf etdirilməsindəki rolundan danışıblar.
Çıxışlardan sonra tələbələrin Lütfi Zadə ilə bağlı sualları alimlər tərəfindən cavablandırılıb.
Tehsil-press.az