Atatürk hava limanında qorxulu anlar

Atatürk hava limanında qorxulu anlar Atatürk Hava Limanında Türk Hava Yollarına məxsus təyyarələrin texniki servisi anqarında bir oksigen balonu partlayıb.
Bu barədə THY-nin mətbuat katibi Yahya Üstün açıqlama verib.
Məlumata görə, oksigen balonu səhər saat 11:00 radələrində Atatürk Hava Limanında THY-nin təyyarə baxım anqarında partlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım cəlb olunub.
İnsident nəticəsində heç kimin xəsarət almadığı və anqardakı təyyarələrin zərər görmədiyi bildirilir.

Tehsil-press.az



Oxşar xəbərlər