Rusiyada təyyarə azərbaycanlıya görə təcili eniş etdi

Rusiyada təyyarə azərbaycanlıya görə təcili eniş etdi Novosibirsk-Moskva reysi üzrə uçan “Boinq -738” təyyarəsi Permdə “Bolşoe Savino” hava limanında məcburi eniş edib.
Buna səbəb göyərtədəki 62 yaşlı Azərbaycan vətəndaşının özünü pis hiss etməsi olub. Belə ki, sərnişində infarkt əlamətləri müşahidə olunduğundan layner təcili enməyə məcbur olub. Hava limanında azərbaycanlıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.
Təyyarə hava limanında 1 saat qaldıqdan sonra Moskvaya uçub.

Tehsil-press.az

Oxşar xəbərlər