Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə yeni ixtisas - “İnformasiya texnologiyaları” ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək.I ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisasa 20 yer nəzərdə tutulur. Bununla da, akademiyada bakalavr səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı beş olacaq.
Beləliklə, akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul olacaq.
Bununla yanaşı, DGKA-da 2021/2022-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul “Gömrük işi” və “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmaları üzrə həyata keçiriləcək.
Tehsil-press.az










