Vaşinqtonda yanvar iğtişaşlarının iştirakçısına hökm oxunub.
Keçmiş ABŞ Prezidenti Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə basqın işi üzrə çıxarılmış birinci hökmdür.
Söhbət daha əvvəl istintaqla əməkdaşlığa razılaşan və özünü qeyri-qanuni nümayişdə iştirakına görə günahkar bilən İndiana ştatının 49 yaşlı sakini Morqan Lloydan gedir.
Lloyd üç illik şərti həbs, 120 saat ictimai iş və 500 ABŞ dolları məbləğində cərimə cəzası alıb. Prokurorluq qeyd edib ki, qadın zorakılıq törətməyib və iğtişaşların hazırlanmasında iştirak etməyib və bu səbəbdən ona şərti həbs cəzası verilib.
AP qeyd edir ki, ümumilikdə, Vaşinqtondakı iğtişaşlarla bağlı iş üzrə 500-ə yaxın şəxs istintaqa cəlb olunub.
Tehsil-press.az