Çində təlim mərkəzi yanıb, 18 nəfər ölüb

Çində təlim mərkəzi yanıb, 18 nəfər ölüb Çinin Henan əyalətində təlim mərkəzində səhər saatlarında güclü yanğın olub.
Bu barədə "CGTN" telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Bildirilir ki, hadisə Şantzyu şəhərindəki döyüş sənətləri məktəbində baş verib. Fəlakət nəticəsində ən az 18 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər