Bakı sakini 23 yaşlı Fərqanə Niftəliyevanın COVID-19 əleyhinə vaksinin ikinci dozasını vurdurduqdan sonra səhhətinin pisləşdiyi bildirilir.
İyulun 3-də Maştağa qəsəbəsi 7 saylı poliklinikada qızına “Sinovac” vaksininin ikinci dozası vurulub: “Bundan sonra qızımda nəfəs darlığı və boğulmalar yarandı. Bu gün poliklinikaya getdik, sahə həkimi dedi ki, “qızınız dəlidir, nevroloji problemləri” var. Hazırda qızımı təcili yardım maşını ilə xəstəxanaya aparırıq”.
7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səriyyəxanım Səfərova “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, vətəndaş 1998-ci il təvəllüdlü Niftəliyeva Fərqanə Ruhullah qızı 3 iyul 2021-ci il tarixdə 7 saylı BŞX-nin poliklinika şöbəsində “Sinovac” peyvəndinin 2-ci dozasını qəbul edib: “Atasının dediyinə görə həmin günü axşam qızında boğulma halları olub. Təcili Tibbi Yardıma müraciət edilib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. İlk yardım göstərilib psixosomatik şöbədə stasionar müalicədən imtina edib. 5 iyul 2021-ci il tarixində yenidən poliklinikaya müraciət edib və nevropatoloq tərəfindən müayinə edilib.
Ona isterik tipli qıcolmalar diaqnozu qoyulub. Təcili Tibbi Yardım vasitəsilə xəstə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub”.
Tehsil-press.az