Təhsil Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, eləcə də cari ilin iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində doktoranturaya qəbul imtahanından keçid balını toplamış Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaqoji stajı olan və cari ilin iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi doktoranturaya qəbul imtahanından keçid balını toplamış elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
Doktorantura və ya dissertanturaya qəbul üçün müvafiq sənədlər təqdim edilməlidir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olmaq istəyənlər 2021-ci il sentyabrın 1, 2 və 3-də fəlsəfə fənnindən, sentyabrın 9 və 10-da isə ixtisas fənnindən imtahan verəcəklər.
Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu iyulun 15-dək portal.edu.az platforması üzərindən aparılacaq. Sənədlər elektron formada (PDF) yüklənməlidir.
Tehsil-press.az