Ermənistanın Sünik vilayətinin Qacaran şəhərinin meri Manvel Paramazyan iki ay müddətinə həbs edilib. Bu haqda məlumatı merin vəkili Lüsine Saakyan yayıb.
Qacaran şəhərinin meri fırıldaqçılıqda, rüşvət verməkdə və seçicilərin iradələrini sərbəst ifadə etməsinə mane olmaqda təqsirli bilinir.
İttihamların biri Paramazyanın dostlarının biri tərəfindən 2017-ci ildə bir torpaq sahəsinin alınması və onun sonradan daha yüksək qiymətə yenidən satılması ilə əlaqədardır.
Bu yaxınlarda Paramazyanın Qacarandakı evində və Zəngəzurda mis-molibden kombinatında axtarışlar aparılmışdı. Bu zaman müəssisənin bir əməkdaşı həbs edilmiş, Manvel Paramazyan isə İrəvana aparılmışdı.
Qeyd edək ki, iyulun 7-də Gorus şəhərinin meri Aruş Aruşanyan da saxlanılsa da, daha sonradan sərbəst buraxılıb.
Bu şəxslər Ermənistanın sayca ikinci Prezidenti olmuş Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunu dəstəkləyirdilər. İndi onlar bu yaxınlarda keçirilən parlament seçkiləri zamanı seçicilərə rüşvət verməkdə, təzyiq göstərməkdə və s. də şübhəli bilinirlər.
Tehsil-press.az