Erməni generalın arvadı da tutuldu

Erməni generalın arvadı da tutuldu Ermənistanda hüquq-mühafizə orqanları Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etmiş, Xocalı soyqırımının törədilməsində əli olan general Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryanı həbs edib.
Nazik qanunsuz silah tədarükü və saxlanılmasında ittiham olunur. Onun həbsi ilə bağlı qərar bir neçə gün əvvəl elan edilsə də, generalın arvadı dünən axşam ələ keçirilib.
Qeyd edək ki, azərbaycanlı əsirlərə qarşı xüsusi amansızlığı ilə seçilən Manvel Qriqoryan bu yaxınlarda Dilqəm Əskərov və Şahbaz Quliyevin güllələnməsi təklifini də irəli sürmüşdü.

Tehsil-press.az

Oxşar xəbərlər