İmişlidə xəstəxanada uşaq ölümü qeydə alınıb.
İmişli rayonunun Muradxanlı kənd sakini, 4 yaşlı Hüseyn Balakişi oğlu Mehdiyevi dekabrın 7-də “kriptorxizm” diaqnozu ilə rayon xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub.
Tehsil-press.az bildirir ki, “kriptorxizm” anadangəlmə qüsur olub, xayalardan birinin, yaxud hər ikisinin uşağın xayalığında yerləşməməsidir. Əməliyyat yolu ilə bu qüsur aradan qaldırıla bilir.
Həkimlərin bildirdiyinə görə, əməliyyat normal keçib, əməliyyat öncəsi pasiyentdə heç bir əks göstəriş aşkar edilməyib.
Buna baxmayaraq, APA-nın bildirdiyinə görə, dekabrın 8-də axşam saatlarında uşağın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Tehsil-press.az