ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək

ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək İyulun 23-ü ABŞ müdafiə naziri Lloyd Ostinin Vyetnam, Sinqapur və Filippinə səfəri başlayır.
Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında deyilir.
Məlumata əsasən, səfər zamanı Pentaqonun rəhbəri sözügedən ölkələrlə müdafiə sahəsində əlaqələri gücləndirmək üçün ölkə rəhbərliyi və yüksəkvəzifəli rəsmilərlə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Bundan əlavə, L.Ostin Sinqapurda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun keçirəcəyi mühazirələrdə də iştirak edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər