Kəlbəcər ərazisindəki Xudavəng alban kilsəsində məskunlaşmış erməni keşişləri oranı tərk edib.
Bu haqda Xudavəngdəki keşişlərdən biri Nerses Arutyunyan bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq üç aydır ki, erməni keşişlərinə Xudavəng monastrına daxil olmağı qadağan edir.
“Onlar həmişə hansısa səbəb tapırlar, gah pandemiyanı, gah yolun dağılmasını əsas gətirirlər. İndi isə onlar sadəcə olaraq deyirlər ki, “yox, vəssalam””, - keşiş bildirib.
O, deyib ki, monastrda cəmi 6 keşiş xidmət edirdi. Baxmayaraq ki, onlar məişət problemləri ilə üzləşirdilər, monastrı tərk etmək istəmirdilər.
“Lakin may ayından bəri bizim monastra daxil olmaq imkanımız yoxdur. Hazırda monastrdakı keşişlər Qandzasar (Ağdərədə yerləşir,-red.) kilsəsindədir. Rusiya tərəfi erməni keşişlərinin monastra qayıtması üçün danışıqlar aparır”,-o deyib.
Tehsil-press.az