Ermənistan müxalifəti Moskvada keçirilmiş üçtərəfli görüşün nəticəsindən razı deyil

Ermənistan müxalifəti Moskvada keçirilmiş üçtərəfli görüşün nəticəsindən razı deyil Ermənistan müxalifəti yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşün nəticələrini mənfi qiymətləndirir.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Moskvada erməni gündəliyi iflasa uğradı. Ermənistan üçün gündəmin prioritet məsələsi əsirlərin qaytarılması idi. Amma görürük ki, Moskvada imzalanan sənəddə əsirlər barədə bir kəlmə də yoxdur. Moskvada erməni gündəliyindəki heç bir məsələ müzakirə olunmadı”, - deyə müxalif “İşıqlı Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan jurnalistlərə bildirib.
Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının üzvü Arman Abovyan da jurnalistlərə deyib ki, erməni tərəfi üçün əsas məsələ olan əsirlərin qaytarılması həllini tapmadı.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Ermənistan ərazisi üzərindən bağlantılar yaratmaq arzularını reallaşdırırlar. “Məgər bu, bizim üçün qələbədirmi?”, - deyə Abovyan sual edib.

Tehsil-press.az

Oxşar xəbərlər