Rövşən erməniyə görə oyundan kənarlaşdırıldı - Verilişdə qalmaqal

Rövşən erməniyə görə oyundan kənarlaşdırıldı - Verilişdə qalmaqal “Nə? Harada? Nə zaman?” intellektual oyununda azərbaycanlı və erməni oyunçunun iştirakı ilə qalmaqal baş verib.
Qalmaqala səbəb sualın cavabının müzakirəsi zamanı Rövşən Əsgərovun arxasında dayanan izləyici Kim Qalaçyanın cavabı pıçıldaması olub. Bu, aparıcı Boris Kuryukun gözündən qaçmayıb. Erməni oyunçu zaldan qovulub, lakin Əsgərovun komandasının da cavabı qəbul edilməyib və onlar oyun stolunu tərk etmək məcburiyyətində qalıblar. Qələbə məsləhətləşmələrdən sonra avtomatik olaraq rəqib komandaya verilib.
Qərardan bərk hiddətlənən Rövşən Əsgərov isə cavabı nə özünün, nə də komanda üzvlərinin eşitdiyini bildirib.



Tehsil-press.az



Oxşar xəbərlər