Təhsil Nazirliyi: 1363 tələbə köçürülmək üçün müraciət edib

Təhsil Nazirliyi: 1363 tələbə köçürülmək üçün müraciət edib Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu iyulun 26-sı saat 15:00-dək davam edəcək.
Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 nəfərin müraciəti qeydə alınıb. Onlardan 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

Tehsil-press.az


Oxşar xəbərlər