Koronaya yalnız asiyalılar yoluxacaqdı?.. - İnfeksionist

Koronaya yalnız asiyalılar yoluxacaqdı?.. - İnfeksionist Bu gün hətta uşaqlar da risk altındadır. Yeni delta ştammı daha çox infeksiyaya səbəb olur və simptomları dəyişdirir. Yəni pandemiyanın başlanğıcından bəri koronavirusun klinik görünüşü əhəmiyyətli dərəcədə dəyişib.
Bunu rusiyalı infeksionist Georgi Vikulov deyib.
Onun sözlərinə görə, yeni ştamm daha çox gənc nəsli yoluxdurmağa başlayıb:
“Pandemiya yeni başlayanda belə bir fikir var idi ki, bu, yalnız qocaların xəstəliyidir, hətta deyirdilər ki, buna ancaq asiyalılar yoluxacaq. Sonra bu versiya sürətlə yox oldu və virusun etnik seçiciliyi olmadığı üzə çıxdı. Getdikcə daha çox gənc xəstələndi”.
Vikulovun sözlərinə görə, pandemiya o zaman bitəcək ki, planetin böyük hissəsi immunlaşacaq və ya xəstəliyi keçirəcək:
“Koronavirus isə ehtimal ki, bizimlə olacaq”.

Tehsil-press.az



Oxşar xəbərlər