Daha bir ölkədə pandemiyanın dördüncü dalğası elan edildi

Daha bir ölkədə pandemiyanın dördüncü dalğası elan edildi Fransa ölkədə koronavirus pandemiyasının dördüncü dalğasının başladığını elan edib.
Bu barədə məlumatı Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal nazirlərin toplantısından sonra paylaşıb. O bildirib ki, ölkədə epidemiyanın yayılma dinamikası sürətlənib və gündəlik 10 min yoluxmaya çatıb. Yoluxma faktının 80%-i isə “delta” ştammı ilə əlaqədardır.
Qeyd edək ki, pandemiyanın başlanğıcından Fransada 5,8 milyondan çox yoluxma halı qeydə alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər