Xəbər verdiyimiz kimi, gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən 10 mərtəbəli mansard tipli yaşayış binasında yanğın olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq texnika və xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa zamanda söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb.
Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sakinlər təxliyyə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikaların binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən rastlaşdığı çətinliyi nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, bina və yaşayış komplekslərinin həyətlərinə girişdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park edilməsini xahiş edir.
Tehsil-press.az