FHN Bakıda yataqxanadakı yanğınla bağlı məlumat yayıb

FHN Bakıda yataqxanadakı yanğınla bağlı məlumat yayıb Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.
5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 kvadratmetr olan mənzillər 101 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təhsil-press.az

Oxşar xəbərlər