Çexiyadakı qatar qəzasında 52 nəfər yaralanıb, ölən var

Çexiyadakı qatar qəzasında 52 nəfər yaralanıb, ölən var Çexiyada Milavçe kəndi ərazisində iki qatar toqquşub.
Hadisə səhər saat 08:00 radələrində Domajlise və Blijyev stansiyaları arasında baş verib.
Məlumata əsasən, toqquşma nəticəsində azı 50 nəfər yaralanıb, iki nəfər həlak olub. 7 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
***
Ölkənin Yanğından Mühafizə İdarəsinin nümayəndəsi Yaroslav Qrdliçkanın sözlərinə görə, toqquşma nəticəsində həlak olan iki nəfər hər iki qatarın maşinistidir. Bununla yanaşı, 52 nəfər yaralanıb. Onların 3-ü ağır, 48-i isə nisbətən yüngül formada yaralanıb. Sərnişinlərdən biri hələ tapılmayıb.
***
Çexiya polisinin verdiyi məlumata görə, qəza zamanı ölənlərin sayı 3-ə çatıb. Bununla da, itkin düşmüş sərnişinin axtarışlarına son qoyulub.

Tehsil-press.az



Oxşar xəbərlər