Cəlilabadda ağır yol qəzası baş verib

Cəlilabadda ağır yol qəzası baş verib Cəlilabad rayonu ərazisində qəza baş verib.

44 BL 356 nömrəli "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Ölənlərin biri qadın, o biri isə orta yaşlı kişidir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, nömrəsi bilinməyən ağ rəngli "Mercedes" avtomobili qarşı tərəfə çıxaraq "Chevrolet"lə toqquşub. "Chevrolet" isə "VAZ 2106" markalı maşınla toqquşub və sonuncu öz yolundan çıxaraq ağaca çırpılıb.

Təhsil-press.az

Oxşar xəbərlər