Avqust ayı ərzində keçiriləcək qabiliyyət imtahanlarının vaxtı müəyyənləşib

Avqust ayı ərzində keçiriləcək qabiliyyət imtahanlarının vaxtı müəyyənləşib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün avqust ayı ərzində keçiriləcək xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.
Avqustun 6, 9, 10, 11, 12, 13, 16, 17, 18, 19, 20, 23, 24, 25, 26, 27, 30 və 31-də təsviri sənət, bədən tərbiyəsi, musiqi, teatr-kino-xoreoqrafiya, islamşünaslıq və memarlıq ixtisasları üzrə qabiliyyət imtahanları təşkil ediləcək.
Abituriyentlər imtahanların tarixi ilə qabiliyyət imtahanına buraxılış vərəqəsində tanış olmalıdırlar.

Tehsil-press.az




Oxşar xəbərlər