2018/2019-cu tədris ili üçün xüsusi qabiliyyət tələb edən təsviri sənət istiqamətli ixtisaslara tələbə qəbulu ilə bağlı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qabiliyyət imtahanları keçirilib.
Qabiliyyət imtahanları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə aparılıb.
Qeyd edək ki, hər bir ixtisas üzrə abituriyentlər üç fəndən qabiliyyət imtahanı veriblər.
Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında çəkilmiş işlər (heykəltəraşlıq ixtisası üzrə yapılmış heykəllər) haqqında təsəvvür yaratmaq məqsədilə 10 ballıq şkalada qiymət yazılmış həmin işlərin fotorəsmlərini (http://eservices.dim.gov.az/elimt/r2018/ressam_2018.html) təqdim edir. Qiymətlər haqqında təsəvvür yaradılması üçün qiymətləndirmə meyarları (http://eservices.dim.gov.az/elimt/r2018/ressam_2018.html) da göstərilib.
Tehsil-press.az