2021-2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin məşqçilik və fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasları üzrə qabiliyyət imtahanları ilə əlaqədar yaradılmış işçi qrupunun onlayn iclası keçirilib.
İclasda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müvafiq sahə üzrə mütəxəssisləri və DİM-in Qabiliyyət imtahanları üzrə sektorunun əməkdaşları iştirak ediblər.
İştirakçılar bədən tərbiyəsi və idman istiqaməti üzrə keçiriləcək qəbul imtahanlarına dair təklifləri müzakirə edib, müsabiqə şərtləri və xüsusi qabiliyyət imtahanlarının keçirilməsinə aid olan digər məsələlər barədə fikir mübadiləsi aparıb.
Xatırladaq ki, qabiliyyət imtahanları ilə əlaqədar yaradılmış işçi qruplarının fəaliyyəti digər istiqamətlərdə də davam etdiriləcək. İşçi qruplarının fəaliyyətinin yekunu olaraq cari ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının tam məzmunu və forması dəqiqləşdiriləcək. Abituriyentlər qabiliyyət imtahanları barədə ətraflı məlumatları "Abituriyent" jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının cari il üçün 1-ci və 2-ci saylarında əldə edə biləcəklər.
Tehsil-press.az