Azərbaycan İlahiyyat İnstitutu prorektorunun beynəlxalq konfransda məruzəsi dinlənilib

Azərbaycan İlahiyyat İnstitutu prorektorunun beynəlxalq konfransda məruzəsi dinlənilib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Beynəlxalq Avropa İnterdsiplinar Tədqiqatlar Konfransında onlayn formatda məruzə edib.
Tədbirdə “Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda məruzə söyləyən M.Mürsəlov dövlətin dini təhlükəsizlik məsələsinin milli təhlükəsizlik qədər vacib olduğunu qeyd edib.
Vurğulanıb ki, dünyada, xüsusilə İslam ölkələrində radikal qrupların artması dini təhlükəsizlik məsələsinə xüsusi diqqət göstərilməsini zəruri edir. “Belə qrupların cəmiyyətdə dəstək tapmaması, radikal fikirlərin yayılmasının qarşısının alınması üçün gənclərin sistemli şəkildə maarifləndirilməsi vacibdir”, – deyə Mirniyaz Mürsəlov bildirib.
Məruzəçi deyib ki, məktəblərdə, ali təhsil müəssisələrində tədrisin təşkilində öz ölkəsinin maraqlarını üstün tutan milli kadrlar olmalıdır.
Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdikləri beynəlxalq konfrans Polşada təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər