Almaniyanın “Lufthansa” aviaşirkəti Bakıya uçuşlarını bərpa edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb. Qeyd olunub ki, uçuşlar həftənin çərşənbə və şənbə günləri Bakıdan-Frankfurta həyata keçiriləcəkdir.
Xatırladaq ki, sözügedən hava şirkəti koronavirusla əlaqədar uçuşları təxirə salmışdı. “Lufthansa” iyunun 1-dən Frankfurt-Tbilisi-Bakı müntəzəm reysləri həyata keçirəcəyini açıqlasa da, uçuşları yenidən dayandırmaq məcburiyyətində qalmışdı.
Tehsil-press.az