"Lufthansa"da tətil davam edir - Bu gün 800 reys təxirə salınır

Almaniyanın "Lufthansa" aviaşirkəti bu gün 800-dən artıq aviareysi təxirə salmağı planlaşdırır.

Tehsil-press.az xəbər verir ki, qrafikin dəyişməsi 100 mindən artıq sərnişinin uçuş planına təsir edəcək. Qeyd edək ki, artıq neçə gündür ki, Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları əmək haqlarının artırılması tələbi ilə tətil elan ediblər. Tətil nəticəsində təkcə son iki gündə 2000-ə yaxın reys təxirə salınıb.

Tehsil-press.az

Oxşar xəbərlər