Əfqanıstan BMT TŞ-ni təcili iclasa çağırdı

Əfqanıstan BMT TŞ-ni təcili iclasa çağırdı Əfqanıstan Milli Konsensus Ali Şurasının rəhbəri Abdulla Abdulla BMT Təhlükəsizlik Şurasını Əfqanıstandakı vəziyyətlə bağlı təcili iclasa çağırıb.
Qətərin paytaxtı Dohada qatıldığı Əfqanıstanla bağlı iclasda ölkəsindəki vəziyyətin gərgin olduğunu deyib.
“Əfqanıstan xalqının son illərdə əldə etdiyi nailiyyətlər təhdid altındadır. Talibanın son dönəmlərdə ölkənin dörd bir tərəfində təşkil etdiyi hücumlarda minlərlə insan ölüb, yaralanıb və yüz minlərlə insan yurdundan didərgin düşüb.
BMT TŞ-nin Əfqanıstan böhranına çarə tapması üçün təcili toplanmasını və ölkədəki humanitar vəziyyət və təhlükəsizlik məsələlərini müzakirə edərək, qəti bir qərara gəlməsini istəyirik”, - o bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər