Əfqanıstanlı nazir Azərbaycana edilən təkliflərdən danışdı

Əfqanıstanlı nazir Azərbaycana edilən təkliflərdən danışdı Rəsmi Kabil Azərbaycan-Əfqanıstan birgə müəssisələrinin yaradılmasında potensial görür və Azərbaycandan investisiyalar gözləyir.
Bunu Azərbaycan-Əfqanıstan işçi qrupunun işçi qrupunun rəhbəri, prezidentin baş köməkçisi, maliyyə naziri Mohamməd Humayun Qəyumu deyib.
O qeyd edib ki, Əfqanıstan xarici investorlar üçün daha əlverişli şərait yaratmağa çalışır.
M.H.Qəyuminin sözlərinə görə, Azərbaycan və Əfqanıstan müxtəlif sahələrdə, eləcə də özəl sektorda əməkdaşlığı genişləndirmək imkanlarına malikdir.
Qeyd edək ki, bu gün Bakıda keçirilən iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasının yekunları üzrə iki ölkə arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər