“Bu qətliama heç nə ilə haqq qazandırmaq olmaz!”

“Bu qətliama heç nə ilə haqq qazandırmaq olmaz!” Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.
Həmin paylaşımda deyilir:
“Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq.
Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər