Ermənilər xristian adından sui-istifadə edirlər. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
O.Əsədov qeyd edib ki, hazırda Milli Məclisin bir neçə deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir.
Spiker deyib ki, iclasdan sonra da bir neçə deputat Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda iştirak etmək üçün səfər edəcəklər: “Onu da qeyd edim ki, hazırda Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır. Milli Məclis bu istiqamətdə müəyyən addımlar atacaq".
Ermənistanın işğalçılıq siyasətindən danışan spiker əlavə edib ki, ermənilər xristian adından sui-istifadə edirlər, özlərinə qondarma ad qoyurlar.
Tehsil-press.az