İlin əvvəlindən ölkə əhalisinin sayı 20063 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə görə 10 milyon 139 min 196 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin yanvar-iyul hesabatında qeyd olunub.
Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında 56 min 63 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3 təşkil edib. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları olub.
Bu ilin birinci yarısında ölkədə 37047 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,5 təşkil edib.
2021-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23231 nikaha daxilolma və 8168 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.
Cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1231 nəfər gələn, Azərbaycandan isə 184 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 1047 nəfər təşkil edib.
Tehsil-press.az