AzTV-nin rejissoru və əri eyni gündə koronavirusdan öldü - Yenilənib

AzTV-nin rejissoru və əri eyni gündə koronavirusdan öldü - Yenilənib “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru vəfat edib.
Məmmədova Arzu Mövlud qızı koronavirus xəstəliyindən həyatını itirib.
54 yaşlı rejissor AzTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb.
Sözügedən redaksiyanın rəhbəri, tanınmış jurnalist Azər Qismət A.Məmmədovanın həyat yoldaşının da koronavirusdan komada olduğunu bildirib.
***
Azər Qismət bildirib ki, rejissorun həyat yoldaşı da bu gün koronavirusdan vəfat edib. Onların iki övladı yadigar qalıb.

Tehsil-press.az


Oxşar xəbərlər